Zəfər Bayramınız Mübarək
Noyabr ayının 5-də məktəbdə Zəfər gününə həsr edilmiş "Zəfər Bayramınız Mübarək" mövzusunda tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Himni ilə başlamışdır. Daha sonra, məktəbin direktoru Sədaqət Əzimova Şəhidlərimizin xatirəsini yad etmək məqsədilə bir dəqiqəlik sükut elan etmişdir. Tədbirdə Şəhidlərin ailə üzvləri, "Yaşat" Fondunun Himayəçilər Şurasının üzvü,Azərbaycan Respublikasının xalq artisti Mənsum İbrahimov, Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri "Hərbi And" qəzetinin baş redaktoru Emin Əliyar oğlu Həsənli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Səbail Rayon İcra Hakimiyyətindən nümayəndələr ,iştirak etmişlər.
Tədbirdə Anım Günü ilə bağlı dərslər və tədbirlər, "Zəfər Gününüz Mübarək" mövzusunda nümunə dərsləri nümayiş etdirilmişdir. İbtidailərin təqdimatında flaşmobdan istifadə edərək "Zəfər" sözü yazılmış və yuxarı sinif şagirdlərin ifasında şeirlər səsləndirilmişdir.