Yurdun Sinəsində Bitdi Şəhidlər
Noyabr ayının 2-də məktəbimizin Şəhid məzunu Vüsal Teymurov yaşadığı ünvanda Barelyefin açılışı ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Milli Məclisin deputatı Nigar Arpadarai, Səbail Rayon Şəhidlərinin valideynləri, Badamdar Bələdiyyəsinin Badamdar icra nümayəndəliyinin rəhbərliyi və Səbail Rayon rəhbərliyi iştirak etmişlər.
Məktəbin şagirdləri tərəfindən tədbir iştirakçılarına “Yurdun Sinəsində Bitdi Şəhidlər” kompozisiyası mövzusunda təqdim olunmuşdur.