II Fəxri Xiyabana və Qənimətlər Parkına Ekskursiya

Oktyabr ayının 29-da məktəbin IV a sinfi ilə II Fəxri Xiyabana və Qənimətlər Parkına ekskursiya təşkil edilmişdir. Şagirdlər ölkəmizin ərazi bütövlüyü uğrunda Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri qoymuş və onların əziz xatirəsi dərin ehtiramla yad etmişlər. Şagirdlər burada Şəhid anaları və yaxınları ilə tanış olmuşlar.
Daha sonra, şagirdlər Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin nümayiş olunduğu Hərbi Qənimətlər Parkında olmuş və qürur hissi keçirmişlər.
Biz bu qələbəmizi Şəhidlərimizə və müzəffər Ordumuza borcluyuq.
Unutmadıq və unutmarıq!