Adını Tarixə Yazdı Şəhidlər
Oktyabr ayının 28-də məktəbimizin Şəhid məzunu Vüsal Həsənovun yaşadığı ünvanda barelyefinin açılışı ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Milli Məclisin deputatı Nigar Arpadarai, Səbail Rayon Şəhidlərinin anaları, Badamdar Bələdiyyəsinin Badamdar icra nümayəndəliyinin rəhbərliyi və Səbail Rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Məktəbin şagirdləri tərəfindən tədbir iştirakçılarına “Adını tarixə yazdı şəhidlər” kompozisiyası təqdim olunmuşdur.
Açılışdan sonra İcra başçısının Şəhid anaları ilə görüşü təşkil olunmuşdur.