31 Mart soyqırımından 97 il ötdü
31.03.2015 ci il tarixində T. Məmmədov adına 239№ li məktəbdə məktəb rəhbərliyi, şagird, müəllim və valideyinlərin iştirakı ilə 31 Mart soyqırımına həsr edilmiş dəyirmi masa keçirilmişdir. Tədbiri məktəbin direktoru S. Əzimova açmış, mövzu ilə bağlı tədbir iştirakçılarına məlumat vermişdir. Tədbirdə məktəbin tarix müəllimi D. Məmmədovanın “31 Mart soyqırımından 97 il ötdü” mövzusunda məruzəsi dinlənilmişdir. 31 Mart –Soyqırım hadisələrini əks etdirən video çarx nümaiş etdirilmiş və tədbir şagirdlərin mövzu ilə bağlı təqdimatları ilə başa catmışdır.Günün ikinci yarsında şagirdlərin Azərbaycan Tarix Muzeyinə ekskursiyası nəzərdə tutulmuşdur.