18 Oktyabr-Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü
Oktyabr ayının 18-də məktəbdə 18 Oktyabr-Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar məktəbin Tarix müəllimi Nəzərova Kəmalə və Azərbaycan dili Ədəbiyyat müəllimi Rüstəmova Zəhra tərəfindən yuxarı sinif şagirdləri ilə “Heydər Əliyev və tarixi həqiqətlər” lektoriyasında “Dəyirm masa” keçirilmişdir. “Dəyirmi masa” da şagirdlərə mövzu ilə əlaqədar videoçarxlar nümayiş etdirilmiş və diskussiyalar aparılmışdır.
Sonda şagirdlər tərəfindən şeirlər və tezislər dinlənilmişdir.