Son zəng
14.06.2016 – cı il tarixində T.Məmmədov adına 239№-li tam orta məktəbdə “Son zəng” tədbiri həyata keçirilmişdir. Məktəbin XI sinif şagirdləri Badamdarda yerləşən “Heydər Əliyev” parkına gedərək Heydər Əliyevin abidəsi qarşısına çiçəklər qoymuşlar. Daha sonra məktəbin həyətində “Son zəng” tədbirinin açılışı həyata keçirilmişdir. Tədbiri XI sinif şagirdləri açaraq Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş və Respublika Bayrağı təntənəli surətdə meydana gətirilmişdir.XI sinif şagirdləri estafeti aşağı sinif şagirdlərinə vermişlər.Daha sonra söz məktəbin direktoru Sədaqət Əzimovaya verilmiş, o tədbir iştirakçılarını salamlamış, qonaqları təqdim etmişdir. Tədbirdə Səbail Rayonu İcra Hakimiyyətinin, Badamdar qəsəbə nümayəndəliyinin, Badamdar Bələdiyyəsinin nümayəndələri, valideynlər iştirak etmişlər. Tədbirdə “Qurtuluş günü” ilə bağlı geniş məlumat verilmişdir.Sonda valideyn və qonaqlar məzunlara ürək sözlərini bildirərək onlara uğurlar arzulamışlar.Tədbir müxtəlif müsabiqə,yarış,olimpiada qaliblərinin fəal iştirakı ilə davam etmişdir.