Mənim Tarixim:Dünən və Bu Gün
Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti tərəfindən irəli sürülən “Mənim tarixim: Dünən və Bu Gün” layihəsi üzrə keçirilmiş müsabiqədə 239№-li tam orta məktəbin 3 şagirdi qalib olmuşlar. İyunun 7-də müsabiqənin nəticəsi olaraq Azərbaycan Xalqının Ümummilli lideri H.Əliyevin əziz xatirəsinə həsr olunmuş Səbail məktəblilərinin Azərbaycan tarixindən Elmi praktiki konfransı keçirilmişdir. Konsfransda məktəbin IX sinif şagirdi Kazımova Gülnar “Faciə yoxsa qürur günü – Azadlığa aparan yol” mövzusunda məruzə ilə çıxış etmişdir. Qaliblərdən Məmmədova Nuranə “Faciə yoxsa qürur günü – Azadlığa aparan yol” və XI sinif şagirdi Ovçiyeva Fəridə “Şərqin ilk Demokratik Respublikası – Azərbaycan” mövzularında məruzələr təqdim etmişlər.Onu da qeyd edək ki, müsabiqənin məktəb mərhələsi də yüksək səviyyədə həyata keçirilmişdir.