Anım Günü

Sentyabr ayının 24-də məktəbin “Qarabağ Azərbaycandır” lektoriyasında “Səbail Rayon Şəhidləri” guşəsinin açılışı keçirilmişdir. Tədbir məktəbin həyətində, açıq havada ibtidai sinif şagirdlərinin ifasında “Biz Sizinlə Fəxr Edirik” adlı kompozisiyanın təqdimatı ilə başlamışdır. Daha sonra tədbir “Heydər Əliyev və Tarixi Həqiqətlər” lektoriyasında davam etmişdir. Məktəbin direktoru Sədaqət Əzimova çıxış edərək tədbir iştirakçılarını salamlamış, məktəbdə fəaliyyət göstərən “Qarabağ Azərbaycandır” lektoriyası haqqında geniş məlumat vermiş və bununla bağlı videoçarxlar nümayiş etdirilmişdir. Eyni zamanda, məktəbin direktoru Sədaqət Əzimova lektoriyada Səbail Rayon Şəhidləri” guşəsinin yaradılması ilə bağlı fikirlərini də bildirmişdir. Həmin videoçarxlar məktəbdə keçirilən Anım günü ilə bağlı tədbirlərə həsr edilmişdir.
Tədbirdə şəhid anaları, Səbail Rayon İcra Hakimiyyəti, YAP Səbail təşkilatı, Yeni İctimai Nəzarət Şurasının Səbail rayon təşkilatı, Badamdar Bələdiyyəsi, Səbail Rayon Ağsaqqallar Şurasından nümayəndələri iştirak etmişlər.
Sonda Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Həşimova, Şəhid anası Mehriban xanım, Səbail Rayon Ağsaqqallar Şurasının rəhbəri Baba Bayramov çıxışlarında “Səbail Rayon Şəhidləri” guşəsinin yaradılmasında əməyi olan təşkilatçılara, məktəb rəhbərliyinə öz razılıqlarını və minnətdarlıqlarını bildirmişlər.