Məzunlara fərqlənmə attestatlarının təqdimatı
Səbail rayonunda yerləşən T.Məmmədov adına 239 nömrəli tam orta məktəbin 6 məzununa ümumi orta və tam orta təhsili haqqında fərqlənmə attestatları təqdim edilmişdir. Təqdimatda iştirak edən məzunlar məktəb rəhbərliyinə, müəllimlərə və valideynlərinə öz minnətdarlıqlarını bildirmiş və gələcəkdə onlara olan etimadın doğruldacaqlarına söz vermişlər. Məktəbin direktoru Sədaqət xanım məzunlara gələcək həyatlarında müvəffəqiyyətlər arzu etmişdir. Tədbirin sonunda valideynlər çıxış edərək övladlarının təhsil aldığı məktəb haqqında öz xoş fikirlərini söyləmiş, məktəbin bütün kollektivinə minnətdarlıqlarını bildirmişlər.