Son Zəng

   İyun ayının 14-də məktəbdə Azərbaycan Respublikasının Təhsil Nazirinin əmrinə uyğun olaraq Son Zəng tədbiri keçirilmişdir.

  Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə  əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, “Yaşat” fondunun məsul şəxsi Mənsum İbrahimov, məktəb rəhbərliyi, 11-ci siniflərin sinif rəhbərləri və məzunları  iştirak etmişlər. Tədbiri məktəbin direktoru Sədaqət xanım Əzimova açıq elan etmiş, Azərbaycan Respublikasının Himni səsləndirilmişdir və Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Daha sonra tədbir iştirakçılarına  Zəfər Qələbəmizdən, 2020-2021-ci il tədris ilində əldə olunmuş uğurlardan və pandemiya qaydalarına uyğun olaraq keçirilmiş tədbirlərdən, məktəbdə yeni yaradılan “Qarabağ Azərbaycandır” lektoriyası haqqında məlumat verilmişdir.

  Sonda  Azərbaycan Respublikasının xalq artisti Mənsum İbrahimov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə  əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov çıxış edərək məzunları təbrik etmiş və  gələcək həyatlarında uğurlar arzulamışlar.

 Tədbir Son Zəng sədaları altında başa çatmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi