Nizami Gəncəvi İrsinin Təbliği
İyun ayının 11-də məktəb kitabxanasında Nizami Gəncəvi irsinin təbliği və əsərlərinin müzakirəsi məqsədilə “Dəyirmi masa” keçirilmişdir. “Dəyirmi masa” da kitabxanaçılar, Uşaq Birliyi Rəhbəri və şagirdlər iştirak etmişlər. Kitabxanaçılar Nizami Gəncəvi irsinin daim öyrənilməsi və tədqiq olunmasının əhəmiyyətindən danışmışlar. Uşaqlar Nizami Gəncəvinin əsərlərindən parçalar səsləndirmiş və hikmətli kəlamlardan seçmələr təqdim etmişlər.