Çocuk Kitap Yazar
Aprel ayının 24-də Zoom platformasında Bakı şəhəri 239 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Qarayeva Pərvanə müəllimin rəhbərliyi altında 8-ci sinif şagirdlərinin iştirak etdiyi “Çocuk Kitap Yazar" eTwinning plus Azərbaycan layihəsində 23 Nisan "Ulusal Egemenlik ve Çocuk bayramı" günü ilə bağlı "Bizim Bayramımız" tədbiri baş tutmuşdur. Türk və Azərbaycan məktəblərindən ibarət tədbirdə məktəb direktorları və eTwinning kordinatorları uşaqlara gözəl sözlərini və arzularını çatdırmışlar.Tədbirdə məktəbimizin direktoru Sədaqət Əzimova çıxış edərək şagirdləri təbrik etmiş və onlara Türkiyə Azərbaycan qardaşlığının əbədi olduğunu söyləmişdir. Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin əməkdaşı eTwinning layihə assistantı Natavan Bədəlova da tədbir iştirakçılarını salamlamış və şagirdləri təbrik etmişdir. Məktəbimizin 5-ci sinif şagirdi Cəlilov Kərimin çıxışı hər kəsin sevincinə səbəb olmuşdur.
2 Azərbaycan,9 Türk müəllim və şagirdlərdən ibarət məktəbləri birləşdirən bu layihə artıq 3 aydır ki, çox həyəcanla davam edir. Layihədə Türkiyənin Ankara ,Samsun ,Mersin, Ordu ,Bursa ,Antalya şəhərlərindən olan və Azərbaycandan Fizika ,riyaziyyat və informatika təmayüllü respublika liseyi və Bakı şəhəri 239 nömrəli tam orta məktəbin şagirdləri iştirak etmişlər.
Bu zaman ərzində şagirdlər hər ay bir kitab oxuyaraq onun müzakirə etmiş, ayın sonunda kitabın müəllifi ilə görüşlər keçirərək öz təəssüratlarını bölüşmüşlər.
Layihə çərçivəsində həmçinin Azərbaycan və Türkiyə məktəbləri arasında məktub dostluğu da yaranmışdır.