31 MART-AZƏRBAYCANLILARIN SOYQRIMI GÜNÜ
Mart ayının 31-də məktəbin ibtidai və yuxarı siniflərində 31 Mart-Azərbaycanlıların Soyqrımına həsr olunmuş dərslər təşkil edilmişdir. Şagirdlərə erməni daşnaklarının 103 il əvvəl xüsusi qəddarlıqla Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın tarixi haqqında geniş məlumat verilmişdir. Bildirilib ki, martın 31-i ölkəmizdə dövlət səviyyəsində Soyqırım günü kimi qeyd edilir.
Həmçinin, məktəbdə Soyqırım Günü ilə əlaqədar şagirdlərin əl işlərindən ibarət sərgi təşkil edilmişdir.