Stresin İdarə Oluması
Bakı şəhəri T.Məmmədov adına 239 nömrəli tam orta məktəbin psixoloqu S.Qurbanova IX sinif şagirdləri ilə yaranmış vəziyyətlə əlaqədar olaraq şagirdlərdə gərginliyin aradan qaldırılması, həmçinin, stresin idarə olunması mövzusunda söhbətlər aparmışdır. Müasir dövrdə stresin sağlamlığımıza və həyatımıza vurduğu zərərlər və bu zərərlərdən qorunmağın yollarını şagirdlərin nəzərinə çatdırmış, stresi yaradan qorxu və həyəcanın necə idarə olunması haqqında geniş müzakirələr aparmışdır. Hədəf və məqsədimizə çatmaq üçün stresli vaxtlarda yaranmış hissləri düzgün istiqamətləndirərək, vəziyyətdən çıxış yollarının tapılmasının əhəmiyyəti barədə şagirdlərə tövsiyyələr vermişdir.
Fürsətdən istifadə edərək IX sinif şagirdləri ilə imtahan öncəsi imtahan həyəcanını dəf etmək və ya minimuma endirmək üçün hansı məşqlərdən və treninqlərdən istifadə olunması haqqında da şagirdlərə məlumatlar vermişdir.
Mövzu ilə əlaqədar hazırlanmış videoçarx sinif rəhbərləri qrupuna göndərilmiş və materialın şagirdlərlə paylaşılması tövsiyyə edilmişdir.