Şəhid Məzunlarımız

  Mart ayının 2-də Bakı şəhəri T. Məmmədov adına 239 nömrəli tam orta məktəbdə “Qarabağ Azərbaycandır” lektoriyasında Şəhid ailələri ilə növbəti görüş keçirilmişdir. Görüşdə Şəhid ailələri lektoriyanın fəaliyyəti ilə yaxından tanış olmuşlar. Tədbirdə I və ll Vətən müharibəsində Şəhid olmuş məzunlar haqqında videoçarxlar nümayiş etdirilmişdir. Görüşdə Səbail İcra Hakimiyyəti və Badamdar Bələdiyyəsinin əməkdaşları da iştirak etmişlər. 

  Sonda Şəhid ailələri onlara olan qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi