Xocalı Faciəsi

  Bakı şəhəri T. Məmmədov adına 239 nömrəli tam orta məktəbdə Xocalı faciəsi ilə bağlı hər il olduğu kimi bu il də məktəbin bütün siniflərində "Fəaliyyət planı" na uyğun olaraq dərslər və sinifdənxaric tədbirlər təşkil edilmişdir. Əvvəlki illərdən fərqli olaraq bu tədris ilində onlayn dərslərə də geniş yer verilmişdir. Məktəbin müəllimlərindən : C. Əzizova , X.Həsənova, V.İbadova, Z.Rüstəmova, S.Kərimova, Ç. Hüseynova, K. Əlizadə tərəfindən təşkil edilmiş dərs və sinifdənxaric tədbirlər xüsusi əhəmiyyət kəsb etmişdir. Məktəbdə fəaliyyət göstərən "Heydər Əliyev və tarixi həqiqətlər" lektoriyasında Xocalı faciəsi ilə bağlı videoçarxlar nümayiş etdirilmiş və şagirdlər mövzu ilə bağlı öz təqdimatlarını irəli sürmüşlər. "Qarabağ Azərbaycandır" lektoriyasında isə şagirdlərə Xocalı faciəsi ilə bağlı geniş məlumatlar verilmiş, faciədə şəhid olanlar və Milli qəhrəmanlar haqqında, həmçinin, Qarabağın tarixi, I və II Vətən müharibəsində şəhid olan məzunlarımızın döyüş yolu, həyat və fəaliyyətini əks etdirən videolentlər nümayiş olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi