Qarabağ Azərbaycandır Lektoriyası
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli F-512 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" "Fəaliyyət planı"na, BŞTİ müvafiq "Fəaliyyət planı"na uyğun olaraq Bakı şəhəri T. Məmmədov adına 239 nömrəli tam orta məktəbin də "Fəaliyyət planı" hazırlanmışdır. Həmin faliyyət planlarına uyğun olaraq məktəbdə Xocalı faciəsinin 29-cu ildönümü ərəfəsində "Qarabağ Azərbaycandır" lektoriyası yaradılmışdır.
Bu lektoriyada aşağdakı mövzularda tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur:
"Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyevin daxili və xarici siyasəti", "Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun zəfər yürüşü", "Vətən müharibəsi şəhidləri-şəhid məzunlarımız", "Qarabağın tarixi"...
Eyni zamanda "Qarabağ Azərbaycandır" lektoriyasında onlayn dərslərin, müxtəlif müsabiqə və yarışların təşkili də nəzərdə tutulmuşdur.