Mövcud Şəraitdə Sağlamlığın və Ruh Yüksəkliyinin Yaradılması
Bakı şəhəri Tofiq Məmmədov adına 239 nömrəli tam orta məktəbin psixoloqu pandemiya şəraitində şagirdlərə gigiyena və sosial məsafənin gözlənilməsi qaydalarını aşılamaq məqsədilə “Sağlam Təhsil” və digər ibtidai siniflərdə maarifləndirmə işləri aparmışdır.
Şagirdlərə hər gün müəllimləri tərəfindən gigiyenik qaydalara əməl olunması məsləhətlərinin verilməsinə baxmayaraq, psixoloq da öz növbəsində bu qaydalara düzgün əməl olunmasını və ruh yüksəkliyinin yaradılmasının vacibliyini tövsiyyə etmişdir. Siniflərdə uşaqların emosional gərginliyini aradan qaldırmaq məqsədi ilə onlarla söhbətlər aparmışdır.