Multikulturalizm sözdə və əməldə

Bildiyimiz kimi, ölkə Prezidentimiz cənab İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etmişdir. Bununla bağlı bu günlərdə Tofiq Məmmədov adına 239 nömrəli tam orta məktəbdə “Multikulturalizm sözdə və əməldə” adlı musiqili ədəbi-bədii tədbir keçirilmişdir. Tədbiri məktəbin direktoru Sədaqət Əzimova açaraq ölkəmizdə multikulturalizm və tolerantlıq haqqında geniş məlumat vermişdir. Bu tədbirdə 22 ölkənin dili, mədəniyyəti və adət-ənənələri haqqında şagirdlərin təqdimatları irəli sürülmüşdür. Tədbirdə Azərbaycanda yaşayan azsaylı millətlərin yaşadığı rayonlar haqqında slaydlar təqdim edilmişdir . Azərbaycanda talerantlığın yüksək səviyyədə olması haqqında azərbaycan, rus, ingilis və fransız dillərində tədbir iştirakçılarına məlumat verilmişdir.Bununla bağlı Ulu Öndər Heydər Əliyevin təkrarolunmaz qiymətli fikirləri dinləyicilərə çatdırılmışdır. Yığıncaqda müxtəlif ölkələrin rəqsləri və mahnıları şagirdlərin ifasında nümayiş etdirilmişdir. Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə multikulturalizmin inkişafı sahəsindəki xidmətləri, uşaq birliyi olan UNİSEF təşkilatının dünya uşaqlarına göstərdiyi qayğısı, Azərbaycanda yaşayan müxtəlif ölkə uşaqlarının Azərbaycan xalqının gözəl cəhətləri haqqında fikirləri dinlənilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi