Yeni Dərs İli
Bakı şəhəri T.Məmmədov adına 239 nömrəli tam orta məktəb pandemiya şəraitinə uyğun olaraq yeni tədris ilinə başlamışdır.
İlk dərslər I-IV siniflərdə (əyani formada) “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə (distant formada) “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə (distant formada) “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunmuşdur.
Müəllimlər dərs zamanı COVID-19 pandemiyası ilə əlaqədar sağlamlıqlarını qorumaları üçün şəxsi gigiyena qaydaları haqqında şagirdlərə geniş məlumat vermişlər