Pedaqoji Kollektiv Qarşısında Duran Məsələlər

İyun ayının 5-də Tofiq Məmmədov adına 239 nömrəli məktəbin rəhbərliyi pedaqoji kollektivin üzvləri ilə "Zoom" proqramı üzərindən onlayn konfrans keçirmişdir. Görüşdə məktəb rəhbərliyi pandemiya dövründə mütəmadi olaraq şagirdlərə onlayn dərs keçən müəllimlərə öz minnətdarlığını bildirmişdir. Müəllimlərə və digər pedaqoji işçilərə Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən göndərilən təlimatlarla, məktublarla və əmrlərlə bağlı geniş məlumat verilmişdir. Həmçinin 9 -11-ci siniflərdə keçiriləcək buraxılış imtahanları, şagirdlərin elektron yerdəyişməsi, şagirdlərin məktəbdaxili qiymətləndirilməsi və 1-ci siniflərə qəbul ilə bağlı məsələlər kollektivin nəzərinə çadırılmışdır. Pedaqoji kollektiv qarşısında duran vəzifələr mūəyyənləşdirilmiş, mövzu ilə bağlı suallar cavablandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi