Əsir Xocalı

    Fevral ayının 25-də məktəbdə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Bu qan qalmayacaq yerdə, Xocalı!”  mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Səbail rayon İcra Hakimiyyətinin əməkdaşı Kəmalə Həşimova, Səbail rayon Polis İdarəsinin şöbə müdiri Əsəd Umbayev, Azərbaycan Respublikası Vətən Müharibəsi Veterenlar  Birliyinin Səbail rayon təşkilatının üzvləri Aslan Zamanov, Altay Babaşov, Salman Hüseynov, İradə Sadıqova, Badamdar Bələdiyyəsinin sədri Təzəxan Məmmədov, “Respublika” qəzetinin müxbiri Əli Sadıqov və digər nümayəndələr, valideynlər iştirak etmişlər.

  Tədbir Dövlət Himni ilə açılmış və Xocalı qurbanlarının xatirəsi bir anlıq sükutla yad edilmişdir. Tədbir məktəbin şagirdləri tərəfindən davam etdirilmiş, onların iştirakı ilə “Bu qan qalmayacaq yerdə, Xocalı!”  adlı ədəbi bədii kompozisiya , “Xocalıda ruhlar dolanır” və “Ana faciəsi” tamaşaları qonaqlara nümayiş etdirilmişdir.  Şagirdlər tərəfindən mövzu ilə bağlı şeirlər, laylalar, bayatılar ifa edilmişdir.  Tədbir “Xor” kollektivinin ifasında  “And içirik” mahnısı ilə başa çatmışdır. Sonda qonaqlar tədbir haqqında yüksək fikirlərini bildirmiş, şagird və rəhbərliyə  minnətdarlıq  etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi