Valideynin Məktəbdə Bir Günü
Dekabr ayının 13-də məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsi üzrə geniş tədbir keçirilmişdir. Tədbirdə 200-ə yaxın valideyn iştirak etmişdir. Tədbiri məktəbin direktoru Sədaqət Əzimova açaraq , valideynləri tədbirin proqramı ilə tanış etmiş və öz çıxışında bu gün mövcud olan məktəb- valideyn münasibətləri, yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti məsələlərinə xüsusi diqqət yetirmişdir. Tədbirdə IX siniflərdə diaqnostik imtahanların nəticələri, X siniflərdə təmayüllərin təkmilləşdirlməsi ilə bağlı məsələlər də müzakirə edilmişdir. Tədbirdə məktəbin təşkilatçısı Ş. Nəsirov, Uşaq Birliyi Rəhbəri E. Məhərrəmova da çıxış edərək şagirdlərin dərsə davamiyyəti və məktəbli forması ilə bağlı problemlərə toxunmuşlar.Tədbirin sonrakı mərhələsində bütün siniflərdə keçirilən dərslər, məşğələlər valideynlər tərəfindən dinlənilmiş və təhlil edilmişdir.