Sinif təşkilat saatı keçirilib

    Aprel ayının 19-da VI “A” sinif rəhbəri Xələfova Kəmalə tərəfindən “Hisslərin rənglərlə ifadəsi” mövzusunda sinif təşkilat saatı keçirilib. Təşkilat saatının keçirilməsinin əsas məqsədi şagirdlərin özünü rahat və azad şəkildə ifadə etməsini, içində həbs olunmuş duyğularını üzə çıxarmasını, yaradıcılığını daha da artırıb, estetik yönlərinin ortaya çıxarmasını təmin etməkdən ibarət olub.

    Şagirdlərə ayrı-ayrı vərəqlərdə insan, ailə, mövcud olmayan heyvan şəkillərini çəkmək tapşırılıb. Sonra təşkilat saatında iştirak edən məktəbin psixoloqu Həsənova Xalidə və valideyn, art-terapist Kərimova Turanə çəkilən şəkilləri məktəblilərin yaş qrupuna uyğun təhlil edib, şagirdlərlə söhbət aparıblar.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi