“Şən rəqslər” adlı rəqs festivalı keçirilib

    Aprel ayının 29-da “Dəyərlərimizi Qoruyaq!” layihəsi çərçivəsində məktəbin kitabxana müdiri Rəqsanə Həşimovanın təşkilatçılığı ilə 29 Aprel-Beynəlxalq Rəqs Gününə həsr olunmuş “Şən rəqslər” adlı rəqs festivalı keçirilib. Festivalın keçirilməsinin əsas məqsədi milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsindən,  digər xalqların mədəniyyətini tanıtmaq və onlara hörmət hissini aşılamaqdan ibarət olub.

      Festivalda məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak edib. Rəqs festivalı Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Burada I-VIII sinif şagirdləri milli, hind, özbək, gürcü, ispan rəqsləri ilə çıxış edib, fləşmob nümayiş etdiriblər.

     Festivalın sonunda məktəbin direktoru Zümrüd Abbasova çıxış edərək, şagirdlərə milli-mənəvi dəyərlərimizdən  biri olan rəqsləri yaşadıb, digər xalqların rəqslərini tanıtmalarına görə öz minnətdarlığını bildirib və iştirakçıları Təşəkkürnamə ilə mükafatlandırıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi