Xüsusi dərslər keçirilib

    Aprel ayının 19-da məktəbin ingilis dili müəllimi Əliyeva Kəmalə tərəfindən 23 Aprel- Ümumdünya İngilis Dili Gününə hazırlıq məqsədi ilə xüsusi dərslər keçirilib. Ümumdünya İngilis Dili Gününün keçirilməsinin əsas məqsədi çoxdillilik ənənələrini möhkəmləndirmək, böyük  ingilis  şairi,  yazıçısı,  dünyanın  ən  məşhur dramaturqu  Vilyam  Şekspirin  irsini öyrənməkdən ibarət olub.

    İlk olaraq müəllim qeyd edib ki, bu gün  İngilis  dili ―dünya  dili hesab  olunur və bu  dildə  dünyanın  onlarla  ölkəsində  bir  milyarddan çox insan danışır. Bu günün qeyd  edilməsi  böyük  ingilis  şairi, yazıçısı, dünyanın  ən  məşhur dramaturqu  Vilyam  Şekspirin  anadan  olduğu  günlə  bağlıdır.

   VII “B” və VII “C” sinif şagirdləri dramaturqun həyatı və irsi haqqında araşdırmalar aparıb, yeni məlumatlar əldə ediblər.

    X “A” sinif şagirdləri V. Şekspirin əsərləri, Qlob teatrı və şairin aforizmlərinə həsr olunmuş divar qəzeti hazırladıqdan sonra "Şekspir guşəsi"ni yaradıblar. 

 

                

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi