“Story time” mövzusunda dərs keçirilib

    Aprel ayının 18-də İngilis dili müəllimi Əliyeva Kəmalə  tərəfindən VII “B” sinif şagirdləri ilə “Story time” mövzusunda dərs keçirilib. Dərsin keçirilməsinin əsas məqsədi şagirdlərin oxu və danışıq vərdişlərini inkişaf etdirmək, onların yaradıcılıq fəaliyyətlərini nümayiş etdirməkdən ibarət olub. Dərsdə 3.1.2, 2.1.3 standartları reallaşdırılıb. Qruplarla iş forması və iş üsulu- müzakirə, təsvir, rollu oyunlardan istifadə edilib.

    Əvvəlcə “Each kindness” mətni oxunub. Şagirdlər yeni sözlərlə tanış olduqdan sonra tapşırıqları yerinə yetiriblər. Mövzu ilə bağlı rəsmlər çəkilib, oyun şəklində tərtib edimiş sualları cavablandırıblar.

     Dərsin sonunda hər qrup  çox böyük həvəslə mətnin mövzusuna uyğun öz tamaşasını nümayiş etdirib.  

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi