“Qarabağın tarixinə səyahət” adlı tədbir keçirilib

    Aprel ayının 18-də “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində məktəbin Təbiət fənn müəllimləri tərəfindən VI-XI sinif şagirdlərinin iştirakı ilə “Qarabağın tarixinə səyahət” adlı tədbir keçirilib. Tədbirin keçirilməsinin əsas məqsədi milli-mənəvi dəyərlərimizin qorunması, təhsilalanların bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, türk xalqlarının qədim tarixinin  hərtərəfli öyrənilməsindən ibarət olub.

   Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin müqəddəs ruhunun bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Aparıcılar Qarabağın tarixi, yerləşdiyi ərazi, görkəmli şəxsiyyətləri haqqında məlumatla səsləndiriblər. Şuşa şəhərinə səfər edən müəllimlərimizin qürurlu görüntülərindən ibarət videoslaydın nümayişindən sonra Aytəkin müəllim oradan gətirdiyi Qarabağ torpağında bitən bitkiləri məktəb rəhbərliyinə və müəllimlərə hədiyyə edib.              

Şagirdlər Azərbaycan yazıçısı və dramaturqu Mirzə Fətəli Axundovun "Hekayəti Müsyö Jordan  və dərviş Məstəli şah” əsərindən “Dərviş Parisi partladır” və Qarabağın faydalı qazıntılarına həsr olunmuş səhnəciklər göstərib, rəqslər nümayiş etdirib və şeirlər səsləndiriblər. X sinif şagirdi O. Elvinin ifasında “Qarabağ şikəstəsi” və “Bayatı-Şiraz” muğamı səslənib.

    Tədbirin sonunda məktəbin direktoru Zümrüd Abbasova çıxış edərək tədbirin hazırlanmasında əməyi keçənlərə öz təşəkkürünü bildirib,  şagirdlərə tariximizi tanımağı, Vətənimizi göz bəbəyi kimi qorumağı tövsiyə edib. Məktəbin təşkilatçısı Bahar Əkbərova da məktəblilərə öz ürək sözlərini çatdırıb.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi