“Türk tarixinə səyahət” mövzusunda təqdimat - dərs keçirilib

    Aprel ayının 18-də “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində 18 Aprel- Tarixi Abidələrin Mühafizəsi Günü ilə əlaqədar məktəbin tarix müəllimi Yaqublu Şəfiqə tərəfindən V “B” sinif  şagirdləri ilə “Türk tarixinə səyahət” mövzusunda təqdimat- dərs keçirilib. Dərsin keçirilməsinin əsas məqsədi milli-mənəvi dəyərlərimizin qorunması, təhsilalanların bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, türk xalqlarının qədim tarixinin, həmçinin maddi-mədəniyyət abidələrinin hərtərəfli öyrənilməsi və qorunmasından ibarət olub.

    İlk olaraq müəllim bu günün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunması haqqında məlumat verərək qeyd edib ki, hal-hazırda dünyada və Azərbaycanda bir çox abidələr məhv olma təhlükəsi qarşısında dayanır. Şagirdlər Şirvanşahlar Sarayı, Qız qalası, Şəki Xan Sarayının tikinti üslubu, Azıx mağarasının tədqiqat tarixi, Xudafərin körpüsünün qurulması, qədim xristian memarlıq abidəsi olan Gəncəsər Monastırı barədə hazırladıqları təqdimatları səsləndiriblər. Sonra məktəblilər “Türk tarixi abidələrinə virtual səyahət” adlı videoslaydı izləyiblər. Dərsin sonunda şagirdlər qədim tarixə malik olan Vətənimizin abidələrinin qorunması hər birimizin borcu olduğunu söyləyiblər.  

         

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi