Böyük Mərdəkan Qəsrinə ekskursiya edilib

 

    Aprel ayının 17-də “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində 18 Aprel- Tarixi Abidələrin Mühafizəsi Günü ilə əlaqədar məktəbin tarix müəllimi Əhmədova Ülkər tərəfindən V “A” sinif şagirdləri ilə Böyük Mərdəkan Qəsrinə ekskursiya edilib. Ekskurisyanın əsas məqsədi milli-mənəvi dəyərlərimizin qorunması, təhsilalanların bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, türk xalqlarının qədim tarixinin, həmçinin maddi-mədəniyyət abidələrinin hərtərəfli öyrənilməsi və qorunmasından ibarət olub.

    Qəsrin həyətinə daxil olarkən yerdəki quyular şagirdlərin diqqətini cəlb edib. Dərinliyi təqribən 2 metr olan bu quyular əsasən düşmən hücumu zamanı qalaya sığınarkən müxtəlif növ ərzaq məhsullarının saxlanılması üçün nəzərdə tutulub. Bələdçinin köməyi ilə məktəblilər Mərdəkan Qəsri haqqında maraqlı məlumatlar əldə ediblər. Sonra onlar  XV əsrə aid Tuba Şahi məscidi  və XIII-XIV əsrlərə aid sənduqə ilə də tanış olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi