“Görmə orqanı” mövzusunda nümunəvi dərs

  Məktəbin Fəaliyyət planına uyğun olaraq Kimya- Biologiya aylığı çərçivəsində 26 aprel 2024-cü il tarixində fənn müəllimi İlahiyyə Allahverdiyeva təşkilatçılığı ilə 8a sinfində biologiya fənni üzrə “Görmə orqanı” mövzusunda nümunəvi dərs keçirilib. Nümunəvi dərsin keçirilməsində məqsəd müvafiq fənn üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir. Dərsdə müzakirə, beyin həmləsi kimi fəal təlim metodlarından, elektron resurslardan istifadə olunub. Nümunəvi dərsdə məktəb rəhbərliyi də iştirak edib. Dərs məktəb direktoru tərəfindən qənaətbəxş hesab olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi