Qobustan Milli Tarixi-Bədii Dövlət Qoruğuna ekskursiya

   Məktəbin illik fəaliyyət planına uyğun olaraq fənn aylığı çərçivəsində 4 may 2024-cü il tarixində fənn müəllimləri Sevda Rüstəmova və Oksana Vorobyovanın birgə təşkilatçılığı ilə Qobustan Milli Tarixi-Bədii Dövlət Qoruğuna ekskursiya təşkil edilib. Ekskursiyanın keçirilməsinin əsas məqsədi şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, tarixi-bədii abidələrimizin məktəblilərə tanıdılması, onların dünyagörüşünün zənginləşdirilməsinin təmin edilməsidir. Ekskursiya çərçivəsində qoruq ərazisində yerləşən qədim rəsm nümunələrinə baxış keçirilib.Şagirdlər qoruğun muzeyi və Qobustan qayalarını gəzib qədim yaşayış məskənləri ilə tanış olublar. Şagirdlərə qayaüstü rəsmlər haqqında əlavə informasiyalar verilib, mədəni irsimizin öyrənilməsi və qədim maddi mədəniyyət nümunələri ilə yaxından tanışlıq şagirdlərdə xoş təəssüratlar yaradıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi