"Beynəlxalq  Ailə Günü"nə həsr olunmuş "dəyirmi masa"

  Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunur. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini hər zaman diqqətdə saxlayıb. Bu münasibət indi də dövlət başçımız İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir. Bu gün ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin sağlam həyat tərzinin təbliği məqsədi ilə 7 may 2024-cü il tarixində fənn müəllimi Sovqat Kelbiyevanın rəhbərliyi və 9ç sinif şagirdlərinin iştirakı ilə "Beynəlxalq  Ailə Günü"nə həsr olunmuş "dəyirmi masa" keçirilib.Tədbirdə şagirdlər güclü dövlətin təməli olan möhkəm və xoşbəxt ailə haqqında araşdırmalarını təqdim edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi