"İmtahan həyəcanı və onun aradan qaldırılması - imtahana psixoloji hazırlıq” mövzusunda maarifləndirici söhbət

  25 aprel 2024-cü il tarixində məktəbin psixoloqu Vüsalə Cəfərova tərəfindən IV siniflərdə "İmtahan həyəcanı və onun aradan qaldırılması - imtahana psixoloji hazırlıq” mövzusunda maarifləndirici söhbət aparılıb.

Məqsəd imtahan qabağı həyəcan, stress halları aşkarlanan şagirdlərə psixoloji dəstək göstərməkdən ibarətdir. Psixoloq imtahan öncəsi yarana biləcək psixoloji dəyişikliklərlə bağlı şagirdlərə məlumat verib, imtahan həyəcanı hissinin təbii hal olduğunu, lakin normadan yüksək həyəcanın insanlarda gərginlik ,psixoloji stress yaradacağını və uğur qazanmalarına maneə olacağını da nəzərə çatdırıb. Sonda şagirdlərin mövzu barədə fikirləri dinlənilib və onlara uğurlar arzu edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi