Memorial Soyqırımı Muzeyinə ekskursiya

 29 mart 2024-cü il tarixində sinif rəhbəri Sevinc İsmayılovanın təşkilatçılığı və məktəbin direktoru Seymur Yusibov, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Tükəzban Qurbanova, 8-ci sinif şagirdlərinin iştirakı ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırımı Muzeyinə ekskursiyası təşkil olunub.

Ekskursiya zamanı şagirdlər tarixən erməni silahlı dəstələrinin Azərbaycanda törətdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilmiş zəngin tarixi sənədlər, foto və video materiallar, xalqımıza qarşı törədilmiş soyqırımı, deportasiya, hərbi cinayətlər barədə xarici və azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin ədəbiyyat fondu ilə tanış olublar. Ekskursiyadan məmnun qalan şagirdlər muzeyin gənclərin vətənpərvər ruhda tərbiyə olunması, düşmənə qarşı nifrət hisslərinin aşılanması istiqamətində böyük əhəmiyyətə malik olduğunu bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi