31 mart- Azərbaycanlıların soyqrımı gününə həsr edilmiş dəyirmi masa

  29 mart 2024-cü il tarixində məktəbin illik fəaliyyət planına uyğun olaraq sinif rəhbəri Türkan Məmmədovanın təşkilatçılığı və 7b sinif şagirdlərinin iştirakı ilə "31 mart -Azərbaycanlıların soyqırım günü”nə həsr olunmuş dəyirmi masa keçirilib.

 Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği və ümumxalq hüzn günlərinə həsr olunmuş tədbirlərin keçirilməsidir.

 Tədbirdə sinif rəhbəri azərbaycanlıların kütləvi surətdə qırğını, represiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən olmasını qeyd edib.

 Sonda soyqırıma həsr olunmuş videoçarx nümayiş olunub. Şagirdlərin fikirləri dinlənilib, suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi