Səməd Vurğunun ev muzeyinə ekskursiya təşkil edilib

 24 mart 2024-cü il tarixində şagirdlərin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə tətil günündə sinif rəhbəri Telli Alızadənin təşkilatçılığı ilə 6a sinif şagirdləri Səməd Vurğunun ev muzeyinə ekskursiya edib.

 Ekskursiyanın məqsədi şagirdlər arasında mütaliə işinin təşkili, onların mütaliəyə həvəsinin daha da artırılması, mənəviyyatının zənginləşməsi, dünyagörüşünün və bilik dairəsinin genişləndirilməsidir.

 Şagirdlər muzeydə şairə aid xatirə əşyaları, orijinal fotoşəkillər, rəsm əsərləri, əlyazmalar, tədqiqat əsərləri, hədiyyələr, ötən illərin qəzet-jurnalları və materiallara baxış keçirib.

 Sonra şagirdlər istirahət etmək üçün Dənizkənarı Milli Parka ekskursiya ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi