20 Yanvara həsr olunmuş silsilə tədbirlər

  20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. 19.01.2023-cü il tarixində dərslərdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Dərsləri tədris edən müəllimlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən,20 Yanvar hadisələrinin tarixindən,şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən danışıb. Daha sonra Hüzn günü ilə əlaqədar məktəbdə silsilə tədbirlər keçirilib. Rayon ərazisində yerləşən “Vətən Uğrunda Xatirə Kompleksi” ziyarət edilib. Siniflərdə keçirilən tədbirlərdə şagirdlər videoçarxlar izləyib, şəhidlərə,Vətənə həsr edilmiş şeirlər və mahnılar söyləyib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi