Heydər Əliyev və Azərbaycan Tarixi

2022-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktiki konfranslar keçirilmiş və bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri  barədə öz elmi məqalələri ilə çıxışlar etmişlər. Yekun konfransında rayonlar üzrə təqdim olunan işlərin ən yaxşıları seçilərək kitab şəklində çap olunması qərara alınmış və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə «Heydər Əliyev və Azərbaycan tarixi» adlı növbəti kitab işıq üzü görmüşdür.

   Sözü gedən yazı müsabiqəsində məktəbin tarix müəlimi Türkan Məmmədovanın elmi rəhbərliyi ilə 10-cu sinif şagirdi Hüseynova Sehri qalib olmuşdur. Şagirdin məqaləsi Heydər Əliyev və Azərbaycan tarixi kitabında öz əksini tapmışdır.Onu qeyd edək ki, Heydər Əliyev və Azərbaycan tarixi kitabı Bakı məktəbləri içərisində qalib olmuş 60 məktəbin arasından seçilmiş məktəblilərin yazdığı məqalələrdi.

                             

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi