İstiqlal müjdəçisi

   14 Dekabr 2022-ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ülkər Şirinovanın təşkilatçılığı ilə şeirləri ilə xalqı azadlığa səsləyən böyük şair, tərcüməçi, Azərbaycan Dövlət Himninin müəllifi Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar "İstiqlal müjdəçisi" adlı tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.İlk olaraq Ülkər Şirinova çıxış edib,Əhməd Cavadın ömrünün sonuna qədər milli istiqlal ideyalarına sadiq qalaraq, hüquqları çeynənən bir ölkənin haqq səsi olmasından danışaraq, təqiblərin, məhbəs və işgəncələrin onun iradəsini qıra bilməməsi və şairin bir dəfə də olsun xalqına, eləcə də qələminə xəyanət etməməsindən danışdı.Tədbirin bədii hissəsində şagirdlərin istedadları nümayiş olundu. Yaddaşlara həkk olunan “Şükriyyə”, “Qitələr”,  “Nə yazım?”,  “Azərbaycan bayrağına”, “Gəldim”, “Susmaram”, “Dönür”, “Bayatılar”, “Göygöl” kimi dərin mənalı şeirləri səsləndirilmiş, “Çırpınırdı Qara dəniz” şeirinə dostu dahi Üzeyir bəyin bəstələdiyi musiqi və bir çox tədbirlərdə marşa çevrilən “Can Azərbaycan” mahnısı ifa edildi.Eləcə də Əhməd Cavadin repressiya həyatını bütünlüklə oz çiyinlərində də daşıyan,ən yaxın silahdaşı, həyat yoldaşı Şükriyyə Axundzadəyə həsr olunmuş səhnəcik nümayiş etdirildi.Bu gün Əhməd Cavad xatırlandı. Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan, bu yolda "xalq düşməni" damğası ilə güllələnən Əhməd Cavad dərin hörmətlə yad edildi. “Susmaram” şeirini müəllim yoldaşına əzbərlətdiyi zaman “zamanı gələndə üzə çıxar” dediyi kimi. Bəli, zamanı gəldi Əhməd Cavad xalqının qəhrəmanı kimi yenidən tarixin səhnəsində öz yerini, layiq olduğu zirvəni tutdu. Azərbaycan var olduqca bu yer onun olacaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi