Narkomaniyaya Yox deyək

“Narkomaniya və alkoqolizmin qarşısının alınması, yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsi, məşğulluğu, asudə vaxtlarının səmərəli təşkili, uşaqların və gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda maarifləndirici dəyirmi masa keçirilib

 

24 noyabr 2022-ci il tarixdə məktəbdə “Narkomaniya və alkoqolizmin qarşısının alınması, yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsi, məşğulluğu, asudə vaxtlarının səmərəli təşkili, uşaqların və gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda maarifləndirici dəyirmi masa keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Pirallahı Rayon Polis Şöbəsinin rəisi - Cümşüd İsmayılov, Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, Pirallahı Tibb Mərkəzinin həkimi - psixoloqu Aliyə Əliyeva, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə dəstək mərkəzinin nümayəndəsi Pəri Abdullayeva, məktəbin direktoru Seymur Yusibov, müəllim və şagirdləri iştirak edib.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Pirallahı Rayon Polis şöbəsinin rəisi və digər məsul əməkdaşlar çıxışlar edərək, mövzu ətrafında  şagirdlərə geniş məlumatlar verib. Natiqlər vurğulayıb ki, müasir dövrdə narkomaniya bütün dünyada narahatlıq doğuran qlobal  problemdir. Narkomaniya cinayətkarlığın artmasına rəvac verir, ağır xəstəliklərə səbəb olur, mənəvi deqradasiyaya aparıb çıxarır. Narkomaniyaya qarşı məqsədyönlü mübarizə ümumxalq işinə çevrilməlidir. Sağlam həyat tərzinin təbliği, gənclərin dövlətçiliyə sadiq layiqli vətəndaşlar kimi tərbiyə olunması Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin prioritet vəzifələrindən birini təşkil edir. Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daim gənclərə qayğı göstərib, onların bir fərd kimi yetişməsinə xüsusi diqqət ayırıb.

Daha sonra mövzu ilə əlaqəli video-çarx nümayiş olundu. Tədbirin sonunda şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi