Bir tarixdir qanlı yanvar gecəsi......
18.01.2018-ci il tarixində “20 Yanvar” faciəsinin 28-ci ildönümü ilə əlaqədar 7a sinfində sinif saatı keçirildi. Sinif rəhbəri Əzizə Məmmədova şagirdlərə bildirdi ki, qanlı şənbə gecəsində xalqımız öz qəhrəmanlığını bütün dünyaya bəyan etdi və sübut etdi ki, bu xalq azadlığı və müstəqilliyi uğrunda ölməyə belə hazırdır.
Şagirdlər öz çıxışlarında və söylədikləri şeirlərdə vurğuladılar ki, vətənin müstəqilliyi uğrunda şəhidlik şəadətinə çatmış insanların qəhrəmanlığı, cəsarəti indiki və gələcək nəsillər üçün bir örnəkdir.
Buna görə də onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.