“Mənim ana dilim - mənim kimliyim” mövzusunda şeir müsabiqəsi keçirilib.

17 fevral tarixində “Azərbaycan dili və ədəbiyyat aylığı” çərçivəsində məktəbin VIII-XI sinif şagirdləri arasında 21 Fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar “Mənim ana dilim - mənim kimliyim” mövzusunda şeir müsabiqəsi keçirilib. Şagirdlərin mütaliə vərdişlərini daha da inkişaf etdirmək, bədii qiraət bacarıqlarını formalaşdırmaq, doğma dilə hörmət və məhəbbət hisslərini gücləndirmək məqsədi daşıyan bu müsabiqədə VIII-XI siniflərdə təhsil alan 23 şagird iştirak edib. Münsiflər heyəti tərəfindən müəyyən edilmiş qaliblər fəxri fərmanla təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi