Ana dilimizə həsr olunan divar qəzetləri və bülletenlər hazırlanıb.

“Azərbaycan dili və ədəbiyyatı aylığı” ilə əlaqədar tədbirlər planına əsasən, fənn müəllimlərinin təşkilatçılığı ilə V-XI siniflər tərəfindən Beynəlxalq Ana Dili Gününə həsr olunmuş divar qəzetləri və bülletenlər hazırlanıb. Şagirdlərimiz bu işlərində də milli kimliyimizin təsdiqi olan ana dilimizə sevgi və ehtiramlarını əks etdiriblər.