Səməd Behrənginin "Balaca Qara Balıq" əsərinin müzakirəsi keçirilib.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Kəmalə Əliyeva 6a sinif şagirdləri ilə Cənubi Azərbaycan yazıçısı Səməd Behrənginin (1939 - 1968) "Balaca Qara Balıq" əsərinin mütaliə və müzakirəsini təşkil edib. Şagirdlər əsərin qısa məzmununu nağıl edərək çəkdikləri illüstrasiyaları nümayiş etdiriblər. Sonda məktəbin direktoru Zülfiyyə Məmmədhüseynova və təlim-tərbiyə işləri üzrə direktor müavini İradə Atakişiyeva çıxış edərək müzakirələrdə azad ruhlu Balaca Qara Balıqdan, onun mədəni, cəsarətli olmasından, dünyanı görmək arzusu ilə qorxmadan çətin yola çıxmasından, məqsədinə gedən yolda ona heç nəyin və heç kəsin mane ola bilməməsindən belə həvəslə danışdıqları üçün Kəmalə müəllimə və onun yetirmələrinə təşəkkür ediblər.