M.Füzulinin "Meyvələrin söhbəti" alleqorik poeması səhnələşdirilib.

“Məktəblərdə Füzuli ayı” çərçivəsində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Kəmalə Əliyeva öz yetirmələri - 5a sinif şagirdləri ilə bu il anadan olmasının 530 illiyi qeyd olunan dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Meyvələrin söhbəti" alleqorik poemasını səhnələşdirib. Balaca aktyorlar tamaşaçılara lovğalığın, mənəm-mənəmliyin pis xüsusiyyət olduğunu əyani şəkildə nümayiş etdiriblər. Sonda məktəbin direktoru Zülfiyyə Məmmədhüseynova çıxış edərək gözəl səhnə əsəri üçün bütün yaradıcı heyətə təşəkkürünü bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi