"Söz mülkünün sultanı" adlı elmi konfrans keçiriıib.

“Məktəblərdə Füzuli ayı” çərçivəsində məktəbimizin Kiçik Akademiyasının və Azərbaycan dili və ədəbiyyat metodbirləşməsinin təşkilatçılığı ilə “Söz mülkünün sultanı” adlı elmi konfrans keçirilmişdir.. Konfransı giriş sözü ilə məktəbin direktoru Zülfiyyə Məmmədhüseynova açaraq dünya ədəbiyyatı xəzinəsinə misilsiz əsərlər bəxş edən Məhəmməd Füzulinin 530 illiyi ilə əlaqədar şagirdlərimizin böyük şairin əsərlərinə müraciət etmələrini təqdir etdiyini xüsusi vurğulamışdır. Sonra KA-nın rəhbəri - əməkdar müəllim Kəmalə Əliyeva Şərq poeziyasının nadir incilərini yaratmış Məhəmməd Füzulinin yaradıcılığı haqqında qısa məlumat vermişdir. KA üzvləri şairin əsərlərinin tədqiqinə həsr olunmuş məruzələrini təqdim etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi