Azərbaycan dili və ədəbiyyat müəllimlərimiz şagirdləri ilə birlikdə Azərbaycan Milli Akademik Teatrında C.Məmmədquluzadənin "Anamın kitabı" əsərinin tamaşasına baxdılar.

11 fevral tarixində "Azərbaycan dili və ədəbiyyat aylığı" çərçivəsində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri yuxarı sinif şagirdləri ilə birlikdə Azərbaycan Milli Akademik Dram Teatrında böyük maarifçi-demokrat Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərinin tamaşasına baxıblar. Anadan olmasının 155-ci ildönümünü qeyd etdiyimiz böyük ədibin bu əsərində qaldırılan vətənə, xalqa, ana dilinə bağlılıq və məhəbbət, milli istiqlal və dövlətçiliik ideyaları məsələləri tamaşaçıları yenidən düşündürmüşdür. Şagirdlər "Vətənin tale kitabı" hesab edilən bu əsərə tamaşa etmək imkanı əldə etdikləri üçün öz müəllimlərinə minnətdarlıqlarını bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi