Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

06.11.2023 tarixində məktəbimizdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş ədəbi-bədii musiqili tədbir keçirilib. Tədbirdə Buzovna qəsəbə nümayəndəsi Emin Əliyev, Vətən müharibəsi iştirakçıları, Buzovna şəhidlərinin ailə üzvləri iştirak ediblər. Tədbirdən öncə məktəbin şəhid məzunu Emin Əliyevin büstü önünə əklil və gül dəstələri qoyulub. Tədbir dövlət himnimiz ilə açıldıqdan sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra məktəbin direktoru Zülfiyyə Məmmədhüseynova qonaqları salamlayıb, şəhidlərə, onların valideynlərinə ehtiramını bildirib. Tədbirin bədii hissəsində vətənə sevgi, şəhidlərə ehtiram, zəfərimizdən doğan sevinc və qürur hisslərimizi ifadə edən şeirlər, mahnılar və rəqslər ifa olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi